...

Jurnalistika fakültəsinin tələbələri “Peer 2 Peer” proqramında iştirak edirlər (FOTO)

Cəmiyyət Materials 18 May 2017 16:54 (UTC +04:00)

Bakı. Trend:

BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova və fakültənin 11 tələbəsi “Solution” komandası ilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət bürosunun təşkil etdiyi “Peer 2 Peer” adlı Ekstremizmlə mübarizə proqramında iştirak edirlər.

Universitetdən Trend-ə verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq jurnalistika kafedrasına təqdim edilən proqramın əsas mahiyyəti sosial media üzərindən ekstremizm əleyhinə mübarizə aparmaq (təlimlər, sosial çarxlar, treninqlər, müxtəlif yayım məhsulları vasitəsilə və s.) və sülhməramlı inkişafa dəstək olmaqdır.

Qeyd edək ki, bu proqrama hər il dünyanın 300-dən çox universitetinin komandası qoşulur. Universitetin “Solution” komandası üç mövzu – gender problemi, yaş ayrı-seçkiliyi və fiziki qüsurlu insanlara dəstək məsələləri üzrə işlər aparırlar.

Sözügedən proqram çərçivəsində tələbələr “Gender bərabərliyi” mövzusunda təlim keçirib, mövzu ilə bağlı prezentasiya göstərib, geniş diskussiya aparıb, qadın sığınacağında olub, cəmiyyətdən təcrid olunmuş, atılmış qadınların problemləri ilə daha yaxından maraqlanıb və mediada işıqlandırıblar.

Onu da vurğulayaq ki, “Solution” komandasının müxtəlif sosial şəbəkələrdə səhifələri, eyni adlı saytı mövcuddr.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti