...

Milli Preventiv Qrupun üzvləri DTX-nın istintaq təcridxanasında olublar

Cəmiyyət Materials 9 İyun 2017 17:57 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Milli Preventiv Qrupun üzvləri DTX-nın istintaq təcridxanasında olublar

Trend-i buradan izləyin

Bakı. Trend:

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin qaldırdıqları bəzi müraciətlər yerində araşdırılmış və sənədləşmənin aparılması vəziyyəti öyrənilib, hər birinə hüquqi məsləhətlər verilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti