DİM buraxılış imtahanı iştirakçılarına müraciət edib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) 17, 23, 30 iyun tarixlərində bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, bölgələr üzrə imtahanların keçirilmə qrafiki ilə buradan tanış ola bilərsiniz.

Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətlən­diril­məsi məqsədilə həyata keçirilir.

Qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı yazılacaq. Şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 25 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 60 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənəcək (85 bal) və attestatına yazılacaq. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti təhsil sənədinə yazılacaq.

Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılacaq.

Qeyd edək ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə, eləcə də ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları qəbul) imtahanından topladıqları ballara əsasən iştirak edirlər. Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili (rus dili) və riyaziyyat fənni üzrə birlikdə 200 bal, tam orta təhsil səviyyəsi üzrə isə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (kimya) fənlərindən 90 bal toplamaq mümkündür.

Xatırladaq ki, ümumi orta (9 illik) səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsi 05, 12, 18 mart və 16 aprel tarixlərində keçirilib və şagirdlərin imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Şəffaflığın tam təmin edilməsi üçün iştirakçıların cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları da sayta yerləşdirilib. Çox təəssüf ki, nəticələrin elan olunmasından xeyli vaxt keçsə də, iştirakçıların az bir qismi cavab vərəqələri ilə tanış olublar. Belə ki, 05 martda keçirilən imtahanda iştirak edən 40124 şagirddən 13901 nəfəri, 12 martda keçirilən imtahanda iştirak edən 34124 şagirddən 3829 nəfəri, 18 martda keçirilən imtahanda iştirak edən 35012 şagirddən 5879 nəfəri, əvvəlki illərin məzunları üçün 16 apreldə keçirilən imtahanda iştirak edən 6085 iştirakçıdan 654 nəfəri hər iki fənn üzrə cavab vərəqinə baxıb. Müxtəlif səbəblərdən ilk imtahanda iştirak edə bilməyən və eksternat qaydasında imtahanda iştirak edən 803 nəfərdən isə heç biri hər iki fənn üzrə cavab vərəqələrinə baxmayıb. Cavab vərəqələri və qiymətləndirmə meyarlarının sayta yerləşdirilməsində məqsəd ondan ibarətdir ki, hər bir imtahan iştirakçısı öz xətti ilə yazdığı cavabları və meyarları müqayisə edə bilsin və ekspertlər tərəfindən ona verilən qiymətin əsaslı olub-olmadığını müəyyən etsin. Aşağıdakı cədvəldən aydın olur ki, hətta imtahan nəticələri ilə də tanış olmayan abituryentlərin sayı da kifayət qədərdir. Göründüyü kimi bu vaxta qədər 116148 imtahan iştirakçısından cəmi 81188 nəfəri öz cavabları ilə tanış olub.

Tarixlər

İştirakçı sayı

Cavablarına baxıb

Ana dili fənni üzrə cavab vərəqinə baxıb

Riyaziyyat fənni üzrə cavab vərəqinə baxıb

O cümlədən, hər iki fənn üzrə cavab vərəqinə baxıb

5 mart

40124

34939

16278

15459

13901

12 mart

34124

23431

4965

4612

3829

18 mart

35012

20459

7300

6834

5879

16 aprel

(buraxılış)

803

180

68

0

0

16 aprel (kollec)

6085

2179

875

756

654

Cəmi

116148

81188

29486

27661

24263

Abituriyentlərə bir daha tövsiyə olunur ki, imtahan nəticələri ilə diqqətlə tanış olsunlar və növbəti imtahanlara hazırlaşarkən bu nəticələrin təhlilindən səmərəli istifadə etsinlər.

Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
Loading Bars
Xəbər lenti
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
İsrailli jurnalistlərin Ağdama səfəri başlayıb (FOTO)
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
İstirahət günləri evdən çıxan daha 9 koronavirus xəstəsi saxlanıldı
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Kürün bir hissəsində təmizləmə işləri aparılıb (FOTO)
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Füzuli rayonunun Sərdarlı kəndi (VİDEO)
Kapital Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb
Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri
Xocalı polisi reyd keçirib (FOTO)
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Martda 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb
Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir (FOTO)
Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb
Bakıda mənzildən kişi meyiti tapılıb
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb
Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb
COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri
Qazaxıstanda son sutkada koronavirusa 2 179 nəfər yoluxub
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Bütün xəbərlər