...

Ağsuda Qurtuluş gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2017 20:05 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Ağsuda Qurtuluş gününə həsr olunmuş möhtəşəm konsert keçirilib.
Ağsuda Qurtuluş gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu Mədəniyyət Sarayında Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artis Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, xanəndələr Eldəniz Məmmədov, Rövşən Əziz çıxış ediblər.

İfaçıları “Buta” instrumental ansamblı müşayiət edib. Ansamblının bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, balabanda Abuzər Güləliyev, qarmonda Anar Niftəliyev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, zərb alətlərində Aslan Bayramov və bəm tarda Kamran Novruzov ifa edib.

Konsert “Buta” intrumental ansamblının musiqi ifası ilə başladı və sonra Xalq Artisti Zabit Nəbizadə səhnəyə dəvət olunub. Xanəndə Ağsuluları salamlayaraq onları bu bayram münasibəti ilə təbrik edir və bu konsertin ərsəyə gəlməsində böyük əməyi olan Beynəlxalq Muğam Mərkəzinə və Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirir. Daha sonra tamaçaçılar üçün Bayatı-Şiraz və Mahur muğamını səsləndirir.

Konsert proqramında tamaşaçılar üçün Şur, Segah, Dilkeş muğamları, qəzəl və təsniflər səsləndi. Hər xanəndə gur alqışlarla və gül çələngləri ilə səhnədən yola salınıb. Konsertin sonunda tamaşaçıların xahişi ilə Xalq artisti Zabit Nəbizadə səhnəyə çıxaraq Şirvan Şikəstəsi ifa etdi. ifanın sonunda Ağsu rayon İcra başçısı Ənvər Seyidəliyev səhnəyə çıxaraq konsertin təşkilinə görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və heyətinə dərin minnətdarlığını bildirib və bütün tədbir iştirakçıların bayramlarını təbrik edib və gələn sənətkarlara təşəkkürünü bildirib. Sonda xanəndələr səhnəyə çıxaraq Qarabağ şikəstəsini ifa etdilər. Konsert tamaşaçıların ayaq üstü və gur alqışları ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti