...

Hüseyn Cavid prospektində yeni piyada keçidi açıldı (FOTO)

Cəmiyyət Materials 16 İyun 2017 10:43
Bu gün Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində inşa edilən yeni piyada keçidinin rəsmi açılış mərasimi olub.
Hüseyn Cavid prospektində yeni piyada keçidi açıldı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində inşa edilən yeni piyada keçidinin açılış mərasimi olub.

Trend-in məlumatına görə, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovun iştirakı ilə açılan keçid sakinlərin istifadəsinə verilib.

Mərasimdə bildirilib ki, Hüseyn Cavid parkının qarşısında inşa edilən keçidin layihəsi "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanıb. Yeraltı keçid 2 giriş-çıxışlı, ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkən hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir.

Keçiddə təhlükəsizlik kameraları quraşdırılıb və keçid ərazisinin 24 saat müşahidə edilməsi üçün xidməti otaq yaradılıb. Keçidin girişində 28 pilləkən 1 marş, çıxışında isə 27 pilləkən 1 marş var. Yeraltı keçidin gövdə uzunluğu 32.2 metrdir. Keçiddə əlillər üçün pandus da inşa edilib.

Qeyd edək ki, avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilən yeraltı keçidin inşasına 2016-cı ilin sentyabr ayında başlanılıb. Keçid "Azəravroyol" ASC-nin "6 saylı Yol İstismarı" MMC tərəfindən inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti