...

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edildi

Cəmiyyət Materials 30 İyun 2017 13:50 (UTC +04:00)
Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edilib.
Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklilər müzakirəyə çıxarılıb.

Medal haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Ordusunun 100 illiyi tarixi bir hadisədir.

O qeyd edib ki, medalda Azərbaycan dövlətçiliyinin atributları, həm də milli atributlar öz əksini tapıb.

Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, gələn il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti