Bakı. Elçin Mehdiyev - Trend:
Atıcılıq üzrə Avropa çempionatında gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı üzrə qadınların yarışında Bolqarıstan idmançısı Miroslava Minçeva qələbə qazanıb.
Trend-in məlumatına görə, bolqarıstanlı idmançı 33 xalla qızıl medala sahib olub.
Çexiya idmançısı Anna Dedova ikinci (30 xal), Macarıstanlı Veronika Major isə 25 xalla üçüncü yeri (25 xal).
Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib. Azərbaycanın 7 idmançısı qrup yarışlarında mübarizəyə qoşulub.