...

Vitse-prezident: Azərbaycan atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib

Cəmiyyət Materials 31 İyul 2017 13:57 (UTC +04:00)
Azərbaycan bütün beynəlxalq yarışları, o cümlədən Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib.
Vitse-prezident: Azərbaycan atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan bütün beynəlxalq yarışları, o cümlədən Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatını yüksək səviyyədə təşkil edib.

Bunu Trend-ə Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Yair Davidoviç deyib.

Artıq Azərbaycanda dördüncü dəfədir olduğunu qeyd edən Y.Davidoviç ölkəmizin beynəlxalq standartlara cavab verən idman infrastrukturunun olduğunu bildirib: “Birinci Avropa Oyunları zamanı da Bakıda olmuşam, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. İnanıram ki, Azərbaycan bundan sonra da çoxlu sayda beynəlxalq yarışlara ev sahibliyi edəcək. Azərbaycan gələcəkdə Olimpiya oyunlarına da ev sahibliyi edə bilər, çünki bunun üçün Azərbaycanda bütün infrastruktur mövcuddur”.

Y.Davidoviç Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərildiyini bildirib.

Vitse-prezident ölkəmizi çox bəyəndiyini də diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, qonaqpərvər insanları var: “Azərbaycanda olanda özümü çox rahat hiss edirəm”.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti