...

Ukraynalı qalib: Azərbaycanda beynəlxalq yarışlar mükəmməl təşkil olunur

Cəmiyyət Materials 31 İyul 2017 20:51 (UTC +04:00)
Yarışın təşkilatçılıq səviyyəsindən çox razıyıq, Bakı Atıcılıq Mərkəzində idmançılar üçün hər cür şərait yaradılıb, hər şey mükəmməldir.
Ukraynalı qalib: Azərbaycanda beynəlxalq yarışlar mükəmməl təşkil olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Yarışın təşkilatçılıq səviyyəsindən çox razıyıq, Bakı Atıcılıq Mərkəzində idmançılar üçün hər cür şərait yaradılıb, hər şey mükəmməldir.

Bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanan ukraynalı atıcı Pasternak Vladimir deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq yarışları çox yüksək səviyyədə təşkil edir: “Artıq ikinci dəfədir ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlarda iştirak edirəm, bundan əvvəl Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Hər iki yarış mükəmməl təşkil olunub”.

Ukraynalı idmançı Azərbaycanı çox bəyəndiyini qeyd edib: “Azərbaycan xoşuma gəlir, gözəl təbiəti, mehriban insanları var. Bakı isə çox gözəl və səliqəli şəhərdir, ancaq bir az küləkli şəhərdir, Yəqin ki, buna da öyrəşmək olar. Hər şeyə görə Azərbaycana təşəkkür edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti