...

Füzulidə 2 uşaq atası toyda itkin düşüb

Cəmiyyət Materials 23 Avqust 2017 10:36 (UTC +04:00)
Füzuli rayonunda 37 yaşlı kişi itkin düşüb.
Füzulidə 2 uşaq atası toyda itkin düşüb

Bakı. Samir Əli - Trend:

Füzuli rayonunda 37 yaşlı kişi itkin düşüb.

Füzuli rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, hadisə avqustun 13-də baş verib. Bakı şəhərində yaşayan, 1980-ci il təvəllüdlü Anar Xaliq oğlu Əliyev avqustun 12-də Füzuli rayonunun Kərimbəyli kəndinə atasının evinə gəlib. O, ayın 13-də kənd ərazisindəki "Melisa" şadlıq evində qohumunun toy mərasimində iştirak edəndən sonra şadlıq sarayını tərk edərək naməlum istiqamətə yollanıb və geri qayıtmayılb.

Avqustun 14-də A.Əliyevin atası polisə oğlunun itkin düşməsi barədə müraciət edib.

Hazırda rayon polis şöbəsi 2 azyaşlı uşaq atası olan A.Əliyevin axtarışlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti