...

Azərbaycanda 100 modul tipli məktəb istifadəyə veriləcək (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2017 11:31 (UTC +04:00)
Azərbaycanda modul tipli məktəblərin inşası davam edir.
Azərbaycanda 100 modul tipli məktəb istifadəyə veriləcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda modul tipli məktəblərin inşası davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günədək 30 modul tipli məktəbin inşası başa çatıb, 40 məktəbdə isə bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay və digər rayonlarda inşa olunub.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti