...

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Cəmiyyət Materials 2 Sentyabr 2017 10:57
Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.
Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.

Trend Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti