...

Bakıda 651 müəllim işə qəbul olunub, 275 müəllimin iş yeri Bakıya dəyişdirilib

Cəmiyyət Materials 11 Sentyabr 2017 11:37 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu il müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsi üzrə 1349 vakansiya təqdim etmişdi.
Bakıda  651 müəllim işə qəbul olunub, 275 müəllimin iş yeri Bakıya dəyişdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu il müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsi üzrə 1349 vakansiya təqdim etmişdi.

Trend-in məlumatına görə, bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 651 müəllim BŞTİ-nin tabeliyindəki orta məktəblərə işə qəbul olunub, 275 müəllimin iş yeri isə BŞTİ-nin tabeliyindəki orta məktəblərə dəyişdirilib. Hazırda Bakıda müəllimlərin orta dərs yükü 18,8 saatdır.

M.Vəliyeva deyib ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı Təhsil Nazirliyi Tədbirlər Planı təsdiq edib: "Tədbirlər Planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və digər bütün keyfiyyətə təsir edən sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. BŞTİ həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti