...

Binəqədi şosesində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 11 Sentyabr 2017 17:31 (UTC +04:00)
Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır.
Binəqədi şosesində hərəkət  məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır.

"Azəravtoyol"dan Trend-ə verilən məlumata görə, Yearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti