...

Azərbaycan Türkiyəyə traktor tədarük edəcək

Cəmiyyət Materials 23 Sentyabr 2017 10:29 (UTC +04:00)
Azərbaycan və Belarus Türkiyəyə traktorlar tədarük edəcək
Azərbaycan Türkiyəyə traktor tədarük edəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və Belarus Türkiyəyə traktorlar tədarük edəcək.

Trend-in məlumatına görə, bunu “Minsk traktor zavodu” ASC-nin baş direktoru Fyodor Domotenko deyib.

Onun sözlərinə görə, zavod Gəncə Avtomobil Zavodu ilə Azərbaycana traktor tədarükü barədə yeni müqavilə, eləcə də Türkiyə bazarına birgə çıxış barədə protokol imzalayıb: “Bu məqsədlə bizim tərəfdaşlarımız beş milyon dollar dəyərində maliyyə vəsaiti ayıracaq. Yeni texnika Azərbaycandan tədarük olunacaq”.

Öz növbəsində Gəncə Avtomobil Zavodunun Müşahidə şurasının sədri Xanlar Fətiyev deyib ki, bu, iki ölkənin Türkiyədə birgə məhsulu olacaq: "Biz üç il ərzində 2,3-3 min traktor satışına nail olmağa ümid edirik”.

Xəbər lenti

Xəbər lenti