...

"Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək - Nazirlik

Cəmiyyət Materials 26 Sentyabr 2017 17:19 (UTC +04:00)
"Qarabağ" - "Roma" oyununun keçiriləcəyi saatlarda Bakıda yağış yağacağı gözlənilir.
"Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək - Nazirlik

Bakı. Trend:

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma" oyununun keçiriləcəyi saatlarda Bakıda yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Yağışın axşam saatlarında da davam edəcəyi gözlənilir.

Beləliklə, saat 20:00-da Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək.

Axsam Bakıda havanın temperaturu 17-18 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti