...

Xəzərin sahil zolağının 3 hektar ərazisi təmizlənib

Cəmiyyət Materials 30 Sentyabr 2017 13:11 (UTC +04:00)

Bakı. Trend:

Keçirilməsi artıq ənənə şəklini almış “Beynəlxalq dəniz günü” ölkəmizdə də hər il “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən, 30 sentyabr 2017-ci il tarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.

ETSN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 100 nəfərdən artıq şəxsin iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 3 hektar ərazisi 10 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində ETSN tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti