...

XİN: Las-Veqasda zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır

Cəmiyyət Materials 2 Oktyabr 2017 17:49 (UTC +04:00)
Las-Veqasdakı hadisələrdə ölən və yaralananlar sırasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır.
XİN: Las-Veqasda zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır

Bakı. Trend:

Las-Veqasdakı hadisələrdə ölən və yaralananlar sırasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır.

Bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

H.Hacıyev qeyd edib: "ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti