...

Sorğunun nəticəsi: Peşə məktəblərinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdəki işlərlə həmahəng deyil

Cəmiyyət Materials 3 Oktyabr 2017 11:44 (UTC +04:00)
Son 1 il ərzində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət tərəfindən sorğu keçirilib.
Sorğunun nəticəsi: Peşə məktəblərinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdəki işlərlə həmahəng deyil

Bakı. Trend:

Son 1 il ərzində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət tərəfindən sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil".

Trend -in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyams bildirib.

C.Uilyams deyib ki, bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir: "Buna görə də düşünürük ki, ölkənizdə peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır. Qeyd edim ki, ümumiyyətlə, Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir. Lakin bu zaman əmin olmaq lazımdır ki, peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektoru ilə peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanacaq".

C.Uilyams əlavə edib ki, Aİ hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərməyə hazırdır: "Bizə məlumdur ki, Azərbaycanda peşə təhsilinin inkişafına dair strateji yol xəritəsi qəbul edilib, yeni yol xəritəsi hazırlanıb. Bu işlər çərçivəsində Aİ əsasən işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti