...

İnterpol 26 yaşlı bu azərbaycanlını axtarır

Cəmiyyət Materials 3 Oktyabr 2017 21:48 (UTC +04:00)
İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.
İnterpol 26 yaşlı bu azərbaycanlını axtarır

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.

Trend-in məlumatına görə, 1991-ci ildə Azərbaycanda doğulan Elmin Ağamirov oğruluq etməkdə təqsirləndirilib.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən E.Ağamirov barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

Məhkəmə E.Ağamirovun həbs edilməsi barədə qərar çıxarıb. Həmin qərarla İnterpol E.Ağamirov barəsində beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti