...

Nazir müavini: Hotellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər

Cəmiyyət Materials 18 Oktyabr 2017 11:48 (UTC +04:00)
Hotellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər.
Nazir müavini: Hotellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Hotellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə deyib.

N.Səmədov bildirib ki, Azərbaycanda hotellərdə müştərilərdən nikah şəhadətnaməsi tələb edilməsi hallarına hələ də rast gəlinir, amma belə hallar getdikcə azalır.

O qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə hotellərin nikah kağızı tələb etməsinin qanunsuz məsələ olması ilə bağlı bəyanat verilib: "Belə hal dünya praktikasında yoxdur. Onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Əgər kimsə belə faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər. Nazirlik tərəfindən sahibkarlara izah edilir ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti