...

Universitetdə "İslam Həmrəyliyi İli"nə həsr olunan görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2017 18:24 (UTC +04:00)
Dövlət İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə "İslam Həmrəyliyi İli"nə həsr olunan tədbir keçirilib.
Universitetdə "İslam Həmrəyliyi İli"nə həsr olunan görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə "İslam Həmrəyliyi İli"nə həsr olunan tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov yerli və xarici tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov çıxışında Fondun fəaliyyəti haqqında geniş məlumat verərək, "İslam Həmrəyliyi İli" çərçivəsində gerçəkləşən layihələrdən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Azərbaycanın dövlət siyasətinin prioritetləri və İslam həmrəyliyini şərtləndirən amillər” mövzusunda mühazirə söyləyib.

Müxtəlif ölkələrdə dini və etnik zəmində yaşanan qarşıdurmalara qeyri-tolerant düşüncənin səbəb olduğunu diqqətə çatdıran natiq bildirib ki, milli-mənəvi dəyərlərinə sadiq olan xalq cəmiyyətdə sabitliyin pozulmasına rəvac verməz.

Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamını xatırladan N.Məmmədli bildirib ki, islamafobiyanın geniş vüsət alması, müsəlmanlara qarşı dözümsüzlük hallarının artması, islam dininin terror hadisələri ilə əlaqələndirmə iddiaları İslam dünyasında həmrəyliyə böyük zərurət olduğunu bir daha göstərdi.

Natiq Azərbaycanda islami dəyərlərin qorunduğunu və bu münasibətin dünyaya nümunə olduğnu deyərək, ölkəmizin siyasi, iqtisadi, enerji, mədəni sahələrdə ən mühüm layihələrin təşəbbüskarı kimi çıxış etdiyini vurğulayıb.

N.Məmmədli gəncləri cəmiyyətin inkişafında yaxından iştirak etməyə, biliklərə mükəmməl şəkildə yiyələnməyə, öyrəndiklərini mütəxəssis səviyyəsində tətbiq etməyə çağırıb.

Sonda auditoriyanı maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti