...

AMEA 2 institutu üçün direktor axtarır

Cəmiyyət Materials 26 Oktyabr 2017 13:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrində direktor vəzifəsinə seçkilərin keçirilməsi üçün sənəd qəbuluna başlanılıb.
AMEA 2 institutu üçün direktor axtarır

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrində direktor vəzifəsinə seçkilərin keçirilməsi üçün sənəd qəbuluna başlanılıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyəti Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu, Dendrologiya İnstitutu üzrə direktor seçkiləri keçiriləcək.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlər sənədlərini AMEA-nın Biologiya və Tibb Elmləri Böl­məsinə 1 ay müddətində təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti