...

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Cəmiyyət Materials 10 Noyabr 2017 12:41 (UTC +04:00)
Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb.
Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Bakı. Samir Əli - Trend:

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb.

Trend-in məlumatına görə, E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə faktı təstiqləyib.

O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı yenidən ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti