Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb (FOTO)

Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı noyabrın 10-da Binəqədi Rayon İcra Hakimiyyətində növbəti püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbüsü ilə Heydər Əliyev Fondunun müraciəti əsasında Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində özəl şirkətlər və ayrı-ayrı iş adamları tərəfindən inşa olunaraq istifadəyə verilən hündürmərtəbəli yaşayış binalarına Binəqədi rayonu 9-cu mikrarayondakı Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında və həmin binanın ətrafında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı bu püşkatma da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib.

Trend-in məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb. O diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Birinci vitse-prezident tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.

Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən, qazanılan təcrübənin dünyada bir model kimi qəbul olunmasından söz açan G.Fərhadov bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son illərdə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. O sonda bildirib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşırlar.

XX əsrdə neft sahəsində əldə edilən uğurlardan da danışan G.Fərhadov bu günlərdə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibəti ilə keçirilən təntənəli mərasimdə dövlətimizin başçısının çıxışına və bu istiqamətdə ölkəmizin əldə etdiyi nailiyyətlərə toxunaraq bildirib ki, dövlətimizin neft sahəsində qazandığı uğurlar qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində də müstəsina rol oynayıb. Eyni zamanda ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, etibarlı tərəfdaş imici tam olaraq formalaşıb və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrilib. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır.

Tədbirdə Binədəqi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.

Sonra ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən bir, iki və üç otaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hər kəsin gözü qarşısında Binəqədi Rayon İcra Hakimiyyətinin iclas salonunun səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra işğal altındakı müxtəlif rayonlardan olan soydaşlarımız mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla püşkatma qutusuna yaxınlaşıb, ilkin mərhələdə 100 ailə yeni mənzillərə sahib olub.

Püşkatmanın şəffaf keçirildiyindən razılıqlarını bildirən və yeni mənzillərə sahib olan Arzu Nəbiyev, Vilayət Əhmədov, İlqar Sadıqov və başqaları sevinclərini bölüşərək onlara göstərilən xüsusi dövlət qayğısından ürəkdolusu söhbət açıblar. Onlar dövlətimizin başçısının məcburi köçkünlərə diqqət və qayğısına arxalanaraq hər cür çətinliyə sinə gərməklə bu günə inandıqlarını və bu xoş anları səbirsizliklə gözlədiklərini bildiriblər. Göstərilən xüsusi dövlət qayğısından danışan soydaşlarımız bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün məskunlaşdıqları yararsız və qəzalı vəziyyətdə olan binadan yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülmələrini əsl bayram adlandıran sakinlər bu sevinci onlara bəxş etdikləri üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti: Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək
Azərbaycan Prezidenti: Ermənistanın rəsmi ideologiyasında gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır
Prezident İlham Əliyev: Ermənistan mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir
Azərbaycan Prezidenti: Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır
Azərbaycan bu il 76.6 milyon dollarlıq pambıq lifi ixrac edib
Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır
Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
Ombudsmanın regional mərkəzləri Beynəlxalq Sülh Günü ilə bağlı videokonfranslar keçirib
Prezident İlham Əliyev: Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
Azərbaycan Prezidenti: Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Prezident İlham Əliyev: Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir
ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir
Azərbaycan Prezidenti: BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var
Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib - Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib (FOTO)
ADU-da “Peşəkar, qeyri-peşəkar, həvəskar tərcümənin fərqlilikləri” mövzusunda onlayn elmi konfrans keçirilib (FOTO)
Sabunçuda baş verən yanğın nəqliyyatın hərəkətində sıxlıq yaradıb
Sabunçuda açıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib (FOTO)
Səfirlik: Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafı Gürcüstan hökumətinin vacib prioritetidir
"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib
"Milli Şura" və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir (VİDEO)
Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı - FƏRMAN
Artıq PAŞA Bank müştəriləri olan kiçik və orta sahibkarlar Tender qarantiyasını almaq üçün Onlayn Bankdan müraciət edə bilərlər
DİM GRE: General Test imtahanı keçirəcək
Açıq şəkildə satılan çörək-bulka məmulatları ilə bağlı AQTA-dan açıqlama
AZAL Naxçıvana reyslərin sayını artırır
Sentyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Brayza: KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
Xızıda dayı bacısı oğlunu bıçaqladı
Carlsberg Azerbaijan və UAFA “toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparmışlar (FOTO)
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Namiq Abdullayev yığma komandanın baş məşqçisi təyin edilib
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir (FOTO)
Şəhid çavuş dəfn edildi (FOTO) (ƏLAVƏ OLUNUB)
Deputat: Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakən rayonunda keçirilib (FOTO)
Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir (FOTO)
Azərbaycan və Macarıstan arasında bir sıra sahələr üzrə sazişlər təsdiqləndi
Lənkəranda regional turizm idarəsi açılır
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq
Piter Teys: Ermənistan rəhbərliyinin təhrikedici açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ətrafındakı gərgin vəziyyəti daha da çətinləşdirir
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyindən açıqlama
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib (FOTO)
ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür edib
“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib
YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir (FOTO)
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu (FOTO)
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
İranda 177 nəfər koronavirusdan ölüb
Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur
DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
İnternet üzərindən satış edirsiniz, lakin nağdsız ödəniş qəbul etmək üçün POS terminal, vebsayt və ya mobil əlavəniz yoxdur?
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq - Gürcüstan deputatı
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Politoloq: Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır
Sabah 28 dərəcəyədək isti olacaq
EY Azərbaycan şirkəti 2020-2021 illər üçün növbəti “EY İlin İş Adamı™” müsabiqəsinə start verdi
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanır (FOTO)
Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
PAŞA Bank sayt etibarlılığı üzrə mühəndis axtarır
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)
BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bütün xəbərlər