...

Bakı məktəblərində bu vəzifələrə qəbul üzrə növbəti müsabiqə elan edilib

Cəmiyyət Materials 13 Noyabr 2017 16:16 (UTC +04:00)
BŞTİ növbəti müsabiqə elan edib.
Bakı məktəblərində bu vəzifələrə qəbul üzrə növbəti müsabiqə elan edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

İdarədən Trend-ə verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər noyabrın 13-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 10 təqvim günü davam edəcək qeydiyyat prosesi noyabrın 23-də saat 14:00-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti