...

İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 16 Noyabr 2017 10:46 (UTC +04:00)
Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən YAP Biləsuvar rayon təşkilatının inzibati binasında (ünvan: Mübariz İbrahimov küçəsi, 221) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti