...

Bakıda "Alfa Romeo"nun ilk SUV modeli təqdim edildi (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2017 12:46
"Fiat Chrysler" avtomobil qrupunun "Alfa Romeo" brendinin ilk SUV modeli “Stelvio”nun Azərbaycanda satışı başlayır.
Bakıda "Alfa Romeo"nun ilk SUV modeli təqdim edildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

"Fiat Chrysler" avtomobil qrupunun "Alfa Romeo" brendinin ilk SUV modeli “Stelvio”nun Azərbaycanda satışı başlayır.

Trend-in məlumata görə, noyabrın 16-da modelin Azərbaycanda təqdimatı baş tutub. "Alfa Romeo” brendinin tarixində ilk krosoverin Azərbaycandakı təqdimatına həsr olunmuş mətbuat konfransında “Autolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov bildirib ki, bu gün təqdim edilən “Alfa Romeo Stelvio”ya 2.0 litr həcmindəki "2-in-1 turbo" benzin mühərriki həyat verir. Bu mühərrik 8 pilləli avtomatik sürətlər qutusu ilə "əməkdaşlıq edərək" 280 at gücü və 400 Nm qüvvə momenti istehsal edir.

Gücünü dörd təkərə birdən ötürən Q4 adlı 4x4 sistemi ilə təchiz edilən “Stelvio” sinfinin ən yaxşı göstəricisinə imza ataraq 0-dan 100 km/s sürətə 5,7 saniyədə çatır. Son sürəti 230 km/s olan 2,0 litr benzin "Alfa Romeo Stelvio" 100 km-də orta hesabla 7,0 litr yanacaq sərf edir.

“Stelvio”nun 2,2 litr dizel və 2.9 litrlik benzin V6 cüt turbo mühərriki ilə (510 at gücü) təchiz edilən versiyaları da mövcuddur. Əgər sifariş olarsa, bu versiyaların da satışı təmin oluna bilər.

"Alfa Romeo"nun ilk SUV modelinin adı İtaliyanın ən hündür, çətin və sərt döngəli dağ keçidi olan Passo dello Stelviodan götürülüb.

"Alfa Romeo Stelvio" 4680 mm uzunluq, 2160 mm en və 1671 mm hündürlük göstəriciləri ilə geniş bir salon sahəsini, yığcam (kompakt) ölçülərlə bir araya gətirir.

Stelvio-nun palçıq dəyəcək yerlərində, qapılarında, mühərrik kapotunda və baqaj qapağında yüksək keyfiyyətli alüminiumdan istifadə olunub.

“Avtolux Azərbaycan” şirkətindən brend meneceri Azər Cəlilov qeyd edib ki, Premium SUV seqmentinə aid olan “Alfa Romeo Stelvio” 95 500 manata təklif olunur. Sifarişdən asılı olaraq qiymət daha da aşağı ola bilər. "Stelvio" avtomobilini həm nağd, həm də sərfəli 5 illik kreditlə almaq olar. Şərtlərə əsasən ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 17% təşkil edir.

Qeyd edək ki, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo” və “Abarth” “Fiat Chrysler Automobiles Group”un markalarıdır. İtaliya-ABŞ ortaq avtomobil istehsalçısı “Fiat Chrysler Automobiles Group”un markalarını Azərbaycanda “Avtolux Azərbaycan” şirkəti təmsil edir.

“Alfa Romeo” brendinin Azərbaycanda rəsmi dileri “Autolux Azərbaycan” şirkətidir. Şirkətin satış mərkəzi Bakıda Ü.Hacıbəyli, 57 C ünvanında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti