...

Nazirlik: Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2017 09:52 (UTC +04:00)
Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.
Nazirlik: Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

Onun sözlərinə görə, bu dəfəki toz-duman prosesi əvvəlki proseslərlə müqayisədə çox zəifdir.

M.Avazova qeyd edib ki, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

Nazirlik rəsmisi qeyd edib ki, əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 il ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə təkrarlanır.

M.Avazova bu artımın səbəbini iqlim dəyişmələri ilə izah edib: "İqlim dəyişmələri ilə əlaqədar səhralarda küləklərin, fırtınaların sayı da artıb. Buna görə də toz-dumanlar da səhra fırtınaları zamanı atmosfer qatına qalxırlar və hava axınları ilə digər ölkələrin ərazilərinə daxil olurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti