...

Akademik: Yeni nəslin nümayəndələrinin xarici dil biliklərinə böyük ehtiyac var

Cəmiyyət Materials 22 Noyabr 2017 11:21 (UTC +04:00)
Azərbaycanda yeni nəslin nümayəndələrinin xarici dil biliklərinə böyük ehtiyac var.
Akademik: Yeni nəslin nümayəndələrinin xarici dil biliklərinə böyük ehtiyac var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yeni nəslin nümayəndələrinin xarici dil biliklərinə böyük ehtiyac var.

Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, akademiyada xarici dilə böyük diqqət yetirilir: "Yeni nəsil xarici dil öyrənməlidir. Müxtəlif xarici dilləri bilən gənclər Azərbaycan ədəbi dilində də təmiz danışmalıdır".

Akademiyada bu yaxınlarda Azərbaycan ədəbi dilinin təbliği məqsədilə müsabiqənin keçirildiyini deyən İ.Həbibbəyli əlavə edib ki, dekabrın 15-də Gənc Alimlərin 1-ci qurultayı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti