• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Fuad Muradov: "Tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq”

22 Noyabr 2017 16:28 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci ilin dövlət büdcəsi açıq-aydın göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar öz bəhrəsini verib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentin iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

F.Muradov bildirib ki, Azərbaycanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması istiqamətində atılan addımlar, aztəminatlı ailələr üçün sosial evlərin inşası, yeni iş yerlərinin açılması və digər tədbirlər müsbət haldır: “İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni yeni iş yerləri yaradılır, insanların gəlir yerləri artır. Büdcədə ipoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər”.

Komitə sədri təhsil sahəsində də sürətli islahatların getdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir: "Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür, dəstəkləyirik".

Deputat vurğulayıb ki, Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər: “Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq”.

F.Muradov deyib ki, Azərbaycanda Gənclər Fondu modeli də var. O qeyd edib ki, hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilir: “Bu baxımdan dövlət büdcəsindən "Maarifçi" Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Bununla bağlı xüsusi dövlət proqramı da ola bilər. Yaxud da “Maarifçi” Tələbə Kredit Fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit ayıra bilsin”.

Komitə sədri, həmçinin “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılığını bildirib. Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən F.Muradov Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: “Bu rayonda zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın. Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Fuad Muradov
Azernews Newspaper
Digər xəbərlər
Deputat: ATƏT-in Seçki Missiyası Azərbaycan ictimaiyyətinə cavab verməlidir
Siyasət 14 Aprel 14:21
Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb
Siyasət 16 Mart 10:02
62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir
Gündəm 6 Mart 15:18
Milli Məclisin deputatları Almaniyaya gedir
Gündəm 19 Fevral 11:17
Azərbaycan və Gürcüstan parlamentinin komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb
Siyasət 13 Fevral 15:58
Fuad Muradov: Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam" fikrini bir daha təsdiqlədi
Siyasət 11 Yanvar 16:22
Fuad Muradov: Azərbaycan gəncliyi dünya səviyyəsində bütün sahələrdə öz sözünü deyir və çətin məqamlarda mübarizliyini göstərir
Cəmiyyət 24 Dekabr 2017 15:27
Deputatlar və parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək
İdman 20 Dekabr 2017 13:10
Fuad Muradov: Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
Siyasət 11 Dekabr 2017 21:22
Deputat: Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın uğurudur
Siyasət 4 Dekabr 2017 13:23
Azərbaycan ilk dəfə olaraq Dünya İnternet Konfransına qatılıb
Cəmiyyət 3 Dekabr 2017 12:26
Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak edəcək
Siyasət 1 Dekabr 2017 17:51
Milli Məclisdən rayon və şəhər büdcələrinin formalaşması ilə bağlı TƏKLİF
Cəmiyyət 13 Noyabr 2017 13:23
Azərbaycanda siyası partiyaların büdcəsinin artırılması təklif edilir
Siyasət 13 Noyabr 2017 13:12
Azərbaycan nümayəndə heyətinin rəhbəri: "Avronest" PA Bürosunun dövlət başçılarına müraciətində işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var
Siyasət 4 Noyabr 2017 15:18
İdmançı gənclərə ali təhsillə bağlı güzəştlərin edilməsi təklif edilir
Cəmiyyət 26 Sentyabr 2017 21:40
Tələbələrlə bağlı YENİ TƏKLİF
Cəmiyyət 25 Sentyabr 2017 22:10
Bahar Muradova: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda konkret nəticələrə malikdir
Siyasət 22 Sentyabr 2017 11:03
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter