...

Samsung Galaxy S9 gəlir...

Cəmiyyət Materials 24 Noyabr 2017 18:40 (UTC +04:00)
"Samsung" şirkəti 2018-ci ilin yanvar ayının ilk həftəsində yeni qabaqcıl "Samsung Galaxy S9 və Galaxy S9 + " smartfon modelini pərəstişkarlarının istifadəsinə təqdim etməyə hazırlaşır.
Samsung Galaxy S9 gəlir...

Bakı. Trend:

"Samsung" şirkəti 2018-ci ilin yanvar ayının ilk həftəsində yeni qabaqcıl "Samsung Galaxy S9 və Galaxy S9 + " smartfon modelini pərəstişkarlarının istifadəsinə təqdim etməyə hazırlaşır.

Trend-in məlumatına görə, modelin təqdimatı isə şirkətin Las-Veqasdakı CES texnologiyalı şousunda baş tutacaq.

Məlumata əsasən, yeni qurğu növbəti ildə qabaqcıl modellər üçün etalon olacaq "Qualcomm Snapdragon 845" prosessoru və ya "Samsung Exynos 9810" çipi əsasında işləyəcək.

Proqram platforması qismində isə "UI Experience 9.0" interfeysli "Android 8.0 Oreo" əməliyyat sistemindən istifadə planlaşdırılır. Şirkətin operativ yaddaş tutumunu artırmayaraq, onu 4 giqabayt səviyyəsində saxlayacağı gözlənilir.

"Infinity Display" ekranı ilə təchiz ediləcək hər iki qurğunun tərəflərinin nisbəti 18,5:9, təsvir ölçüsü 2960×1440 piksel təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti