...

Ali Hərbi Məktəbin kursantlarının çöl təlimləri başlayıb (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2017 12:27 (UTC +04:00)
Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb.
Ali Hərbi Məktəbin kursantlarının çöl təlimləri başlayıb (FOTO)

Bakı. Trend:

Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar olunması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti