...

ƏƏSMN-in "Çağrı mərkəzləri"nə müraciətlərin sayı 35,8 faiz azalıb

Cəmiyyət Materials 7 Dekabr 2017 11:00 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 35,8 faiz azalıb.
ƏƏSMN-in "Çağrı mərkəzləri"nə müraciətlərin sayı 35,8 faiz azalıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 35,8 faiz azalıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-in fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi vətəndaşlar tərəfindən nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin də sayının getdikcə azalmasına səbəb olur.

Cari ilin noyabr ayında da həmin müraciətlərin sayında azalma müşahidə edilib. Ötən ay ƏƏSMN-in 142 və 190-“Çağrı mərkəzləri”nə əvvəlki oktyabr ayı ilə müqayisədə 6,9 %, keçən ilin müvafiq dövrünə nisbətən 35,8 faiz az olmaqla 13 826 müraciət daxil olub. Müraciətlərin 95,6 faizini sosial təminat növlərinə hüququn müəyyən olunması, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahələrində fəaliyyət göstərən elektron xidmətlərdən istifadə qaydaları və s. ilə bağlı sorğular təşkil edib. Sorğu xarakterli müraciətlərlə əlaqədar nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən vətəndaşlara dolğun və aydın şəkildə hüquqi izahatlar verilib.

Müraciətlərin qalan 4,4 faizi ilə bağlı onların məzmununa uyğun olaraq müraciət vərəqəsi tərtib olunmaqla baxılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. Qısa müddət ərzində həmin müraciətlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarında ƏSMN-in “Çağrı mərkəzləri”nə 134 533 müraciət daxil olub və hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun cavablandırılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti