...

Bakı Yeni ilə hazırdır? - Dənizkənarı Bulvar İdarəsi görülən işlərdən danışdı

Cəmiyyət Materials 21 Dekabr 2017 21:06 (UTC +04:00)
Yeni illə əlaqədar Dənizkənarı Bulvara gələn vətəndaşların daha təhlükəsiz şəraitdə dincəlməsini təmin etmək üçün təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçərək sutka ərzində fəaliyyət göstərməyə başlayıb.
Bakı Yeni ilə hazırdır? - Dənizkənarı Bulvar İdarəsi görülən işlərdən danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Bulvara gələn vətəndaşların daha təhlükəsiz şəraitdə dincəlməsini təmin etmək üçün təhlükəsizlik xidməti gücləndirilmiş iş rejiminə keçərək sutka ərzində fəaliyyət göstərməyə başlayıb.

Bunu Trend-ə Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.

Onun sözlərinə görə, Yeni il bayramı yekunlaşanadək təhlükəsizlik xidməti əməkdaşları sutkalıq iş rejimində çalışacaqlar:

R.Niftəliyev hesab edir ki, bu, bulvar ərazisinə gələnlərin daha yaxşı dincəlməsi üçün böyük əhəmiyyət kəsb edir.

Artıq bulvar ərazisindəki müxtəlif strukturların gücləndirilmiş iş rejimində çalışdıqlarını deyən müəssisə direktorunun sözlərinə görə, Yeni illə əlaqədar bulvar ərazisində 2 yolka quraşdırılır. Onlardan biri - 35 metrlik yolka Azərbaycan Dövlət Kukla Teatrının arxasında quraşdırılır.

Bu yolkanın Azəbaycanda ən yüksək yolka olduğunu nəzərə çatdıran R.Niftəliyev qeyd edib ki, 8 metr hündürlüyü olan digər yolka "Ağ şəhər" bulvarında (bulvarın "Şeş-beş" adlanan ərazisində) artıq hazırdır. Digər yolkanın bəzədilməsi işləri isə sabah yekunlaşacaq. Yeni ilə hazırlıq məqsədilə Neftçilər prospekti boyu ağacların işıqlandırılması, eləcə də digər ərazilərin bəzədilməsi prosesi yekunlaşıb:

"2018-ci ili rəmzi şəkildə özündə ehtiva edən kompozisiyanın biri bulvarın "Şeş-beş" adlanan hissəsində, ikincisi isə "Qız qalası" ilə üzvbəüz bulvar ərazisində yerləşdiriləcək. Bununla yanaşı, gəmilər, atraksionlar işlək vəziyyətə gətirilib, onların istismar vəziyyəti yoxlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti