...

Respublika Baytarlıq Laboratoriyasının təhlilləri niyə dünya miqyasında tanınmır?

Cəmiyyət Materials 25 Dekabr 2017 20:44 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyası beynəlxalq akkreditasiyadan keçməyə hazırlaşır.
Respublika Baytarlıq Laboratoriyasının təhlilləri niyə dünya miqyasında tanınmır?

Bakı. Ənvər Məmmədov - Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyası beynəlxalq akkreditasiyadan keçməyə hazırlaşır.

Bunu Trend-ə özəl açıqlamasında laboratoriyanın direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, akkreditasiyadan sonra laboratoriya tərəfindən həyata keçirilən təhlillər bütün dünyada tanınacaq: “Biz artıq bu istiqamətdə ilk addımları atmışıq. İtaliyanın bir laboratoriyası ilə saziş imzalanıb, yanvar ayında onların nümayəndəsi buraya gələcək. Bizim məqsədimiz potensialımızın və fəaliyyətimizin təkmilləşdirilməsi, eləcə də ISO 17025-2009 standartına uyğun beynəlxalq akkreditasiyanın alınmasıdır”.

Direktor onu da qeyd edib ki, hazırda laboratoriyanın işi bütün beynəlxalq standartlara cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti