...

Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi

Cəmiyyət Materials 28 Dekabr 2017 14:43 (UTC +04:00)
Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən imtahanında 30-40 yaşlı, hətta 52 yaşlı insanlar da iştirak edib 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub. Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 taşlı insan da olub.
Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi Trend-in sorğusuna cavab olaraq bildirib.

İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.

İmtahanlarda iştirak edənlərdən 15 nəfəri 30-40 yaş, 11 nəfəri 25-30 yaş, 40 nəfər 20-25 yaş, 33 nəfər isə 16-20 yaş arasında olub. İmtahan verənlərdən 1 nəfəri isə 52 yaşında qadın olub.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti