...

Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb? - SƏBƏB Binə qəsəbəsi

Cəmiyyət Materials 22 Fevral 2018 19:59 (UTC +04:00)
Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb.
Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb? - SƏBƏB Binə qəsəbəsi

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava limanı yaxınlığında yaşayan abunəçilər zəngləri göyərtədəki qurğulara uyğun olaraq yüksək rouminq tarifləri ilə edirdilər:

“Göyərtə qurğularının siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir. Ona görə də sakinlər tez-tez operatorlara şikayət edirdi. Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb".

Qeyd edək ki, bundan əvvəl yerli mobil operatorlar 30 aviaşirkətə məxsus təyyarələrdə xidmət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti