...

Masallıda tapılan yaralı qartal reabilitasiya klinikasına təhvil verilib

Cəmiyyət Materials 9 Yanvar 2018 13:35 (UTC +04:00)
Masallıda tapılan yaralı vəhşi quş götürülərək reabilitasiya klinikasına təhvil verilib.
Masallıda tapılan yaralı qartal reabilitasiya klinikasına təhvil verilib

Bakı. Elçin Mehdiyev - Trend:

Masallıda tapılan yaralı vəhşi quş götürülərək reabilitasiya klinikasına təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 8-də Masallı rayonu Xırmandalı kənd sakini Anar Qurbanovun ona məxsus otlaq sahəsində yaralı halda qartal tapması ilə bağlı məlumat əsasında nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən sözügedən quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.

Bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti