...

Tovuzda qadın ailəsi ilə dalaşdı, sirkə turşusu içdi

Cəmiyyət Materials 10 Yanvar 2018 08:56 (UTC +04:00)
Tovuz rayonunda qadın sirkə turşusu içib
Tovuzda qadın ailəsi ilə dalaşdı, sirkə turşusu içdi

Bakı. Samir Əli -Trend:

Tovuz rayonunda qadın sirkə turşusu içib.

Trend-in məlumatına görə, hadisə rayonunu Əyyublu kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Kərimova Vəfa Namaz qızı evlərində sirkə turşusu "essensiya" içərək intihara cəhd edib. Qadın xəstəxanaya çatdırılıb.

Məlumata görə, V.Kərimova ailə münaqişəsi zəminində intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti