...

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

Cəmiyyət Materials 18 Yanvar 2018 15:54 (UTC +04:00)
Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

Bakı. Trend:

Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti