...

Aydın Əliyevdən Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşməsi məsələsinə münasibət (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Yanvar 2018 11:14 (UTC +04:00)
Gömrük orqanlarının fəaliyyəti ilə bağlı qərarı ölkə rəhbərliyi qəbul etməlidir.
Aydın Əliyevdən Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşməsi məsələsinə münasibət (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Gömrük orqanlarının fəaliyyəti ilə bağlı qərarı ölkə rəhbərliyi qəbul etməlidir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında rəhbərlik etdiyi qurumla Vergilər Nazirliyinin birləşməsi ilə bağlı suala cavab verərkən deyib.

A.Əliyev bildirib: "Əgər ölkə rəhbərliyi müvafiq qərar qəbul etsə, biz onu icra edəcəyik".

DGK sədri qeyd edib ki, dünyada gömrük orqanlarının fəaliyyəti ilə bağlı müxtəlif təcrübələr var:
"Azərbaycanda bu orqan müstəqil fəaliyyət göstərir, ABŞ-da isə sərhəd xidmətinin tərkibindədir. Bəzi ölkələrdə gömrük orqanları ilə vergi orqanları birləşib, Avropada isə maliyyə nazirlikləri yanında fəaliyyət göstərir. Hətta elə ölkələr var ki - əvvəl Rusiyada belə idi, indi Afrika ölkələri bu təcrübəni tətbiq edir - orada gömrük orqanları iqtisadiyyat nazirliyinə tabedirlər. İstənilən halda bu məsələni səmərəliliyi nəzərə alaraq hökumət həll etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti