...

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2018 10:48 (UTC +04:00)
Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib.
Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub (FOTO)

Bakı. Trend:

Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib. Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, intellektual oyunda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin komandası I, 312 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Zəngi liseyinin komandası isə II yeri tutub.

Qalib komandalar kubok, medal və diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti