Bakı. Trend:
Bakı Slavyan Universitetində (BSU) “Gənclər günü”nə həsr olunmuş elmi konfrans keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, BSU-nun rektoru professor N.Əliyeva tədbiri açaraq “Gənclər Gününün yaranması tarixi barədə qısa məlumat verib və bu günün tarixi bayram kimi qeyd edilməsinin artıq ölkəmizdə ənənəvi hal aldığını bildirib.
Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi prinsiplər onun layiqli davamçısı olan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində həyati reallığa çevrilib. O, bu gün Azərbaycan dövlətinin gənclərə daha böyük diqqət və qayğı göstərdiyini bildirib. O, Gənclər Gününün bayram edilməsini də bu diqqət və qayğının təzahürü kimi dəyərləndirib. N.Əliyeva ölkə gəncliyinin öz fəaliyyəti ilə bu etimadı hər an doğrultduğunu və Prezident İlham Əliyevi daim dəstəklədiyini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində mətanət və ləyaqətlə dayandığını vurğulayıb. Rektora daha sonra son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, respublikamızın regionun lider dövlətə çevrilməsindən söz açıb. O, hər bir gəncin bu gün Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyduğunu bildirib. N.Əliyeva müstəqilliyin böyük nemət olduğunu və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yeirməyə çağırıb.
Daha sonra Beynəlxalq Münasibətlər kafedrasının müdiri professor Habil Məmmədov “XXI əsrin çağırışları və Azərbaycan gəncliyi”, Magistratura şöbəsinin II kurs tələbəsi Natiq Nəsirov “Azərbaycan Dövlətinin Gənclər Siyasəti”, BSU Tələbə Gənclər Təşkilatı Emin Şeydayev “Gənclər Bizim Gələcəyimizdir”, BSU Tələbə Gənclər Təşkilatının sədr müavini Vaqif Yəhyalı “BSU-nun Gənclər Siyasətinə Verdiyi Töhfələr” mövzusunda çıxış ediblər.
Belorusiyada keçirilən “53- cü Beynəlxalq Ulduz yürüşü”ndə iştirak etmiş Bakı Slavyan Universitetinin BM və regionşünaslıq fakültəsinin tələbələrinin hesabatı dinlənilib.
Tədbirin sonunda BSU Tələbə Həmkarlar şurasının sədri Könül Abbaszadə Bakı Slavyan Universiteti tələbələrinin Azərbaycan Prezident İlham Əliyevə müraciətini səsləndirib.
Müraciətin sonunda deylir: “Biz Bakı Slavyan Universitetinin tələbələri adından əminliklə vurğulayırıq ki, hər birimiz hər an Vətən yolunda canımızı fəda etməyə hazırıq! Biz bir nəfər kimi Sizin yüksək amal və məqsədlərinizlə apardığınız nadir siyasətə bütün varlığımızla dəstək veririk. Bakı Slavyan Universitetinin tələbələri adından gənclərə göstərdiyiniz böyük diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk!
Sizə Azərbaycan dövlətinin ərazi bütövlüyü və Vətənimizin dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız çətin, şərəfli mübarizədə sonsuz uğurlar diləyirik!"