...

Orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzə ehtiyac var

Cəmiyyət Materials 9 Fevral 2018 12:23 (UTC +04:00)
Azərbaycanda orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzin yaradılmasına ehtiyac var.
Orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzə ehtiyac var

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda orqan transplantasiyasının inkişafı üçün beyin ölümünü təsdiq edən ayrıca mərkəzin yaradılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

Ə.Əmiraslanovun sözlərinə görə, orqan transplantasiyası bu gün çox sürətlə inkişaf edir: “Bu gün təbabətin bütün sahələrində transplantasiya geniş istifadə edilir. Bu gün insan orqanimizmdə çox az orqan və toxuma olar ki, onu bir insandan digərinə uğurla köçürmək mümkün olmasın”.

O qeyd edib ki, bu gün Azərbaycanda orqan transplantasiyası ilə məşğul olan bir neçə klinika var: “Bu gün Azərbaycanda qaraciyər, böyrək, süni oynaqların, sümük iliyinin transplantasiyası həyata keçirilir. Hesab edirəm ki, bu gün aparılan əməliyatların sayı yetərincə deyil. Bu gün bu əməliyyatlara olan tələbat aparılan əməliyyatların sayından qat-qat çoxdur”.

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda ürək köçürülməsi ilə bağlı tibbi nöqteyi- nəzərdən heç bir problem yoxdur: “Burada əsas problem donorla bağlıdır. Bu gün bu məsələnin praktikaya tətbiqinə mane olan problem donor məsələsidir. Digər əsas problem odur ki, ölkədə reyestr sistemi yoxdur və bu sistem yaradılmalıdır. Bu gün biz orqan və toxuma transplantasiyası əməliyyatı üzrə nə qədər insanın növbə gözlədiyini bilmirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti