...

Tut ağacı kəsdi - 2000 manat cərimələndi

Cəmiyyət Materials 26 Fevral 2018 13:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Tut ağacı kəsdi - 2000 manat cərimələndi

Bakı. Elçin Mehdiyev - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Xəbər lenti

Xəbər lenti