...

Ağcabədinin kəndinə içməli su verilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2018 19:10 (UTC +04:00)
Ağcabədi rayonunun Köyük kənd sakinləri kəndin suya çıxışını yaxşılaşdıran su təminatı layihəsinin başa çatmasını qeyd ediblər.
Ağcabədinin kəndinə içməli su verilib (FOTO)

Bakı. Trend:

Bu gün ABŞ və Azərbaycan hökumətlərinin birgə layihəsi sayəsində Ağcabədi rayonunun Köyük kənd sakinləri kəndin suya çıxışını yaxşılaşdıran su təminatı layihəsinin başa çatmasını qeyd ediblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, kəndin 900-dən çox sakini uzun müddətdir ki, evlərində su çatışmazlığı ilə üzləşiblər. Gündəlik su ehtiyaclarını ödəmək üçün qadınlar və uşaqlar suyu uzaqda yerləşən artezianlardan gətirməli olurdu. Yeni su sisteminin qurulması ilə indi onlar suyu evlərinə yaxın yerləşən su kranlarından əldə edə biləcəklər ki, bunula da vaxt və enerjiyə qənaət etmiş olacaqlar.

Bu layihə Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı proqramı çərçivəsində icra olunub. USAID-in tərəfdaşı olan Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMI) texniki köməyi ilə Köyük icma üzvləri yeni 25 tonluq su çəni, su nasosu, habelə 2.750 metr uzunluğunda yeni su boruları, ümumi istifadə üçün 1 su kranı və 201 ailənin su təminatını yaxşılaşdırmaq üçün 17 paylama nöqtələri quraşdırılıb.

ABŞ və Azərbaycan 102 müxtəlif icmada 117 icma layihəsi həyata keçirib. Bu layihələrdən 190 minə yaxın insan faydalana bilir. Bu layihələr sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti