...

Yol polisi Gürcüstana səfər edən sürücülərə müraciət etdi

Cəmiyyət Materials 4 Aprel 2018 09:11 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfər edən sürücülərə müraciət edib.
Yol polisi Gürcüstana səfər edən sürücülərə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfər edən sürücülərə müraciət edib.

İdarədən Trend-ə verilən məlumata görə, Gürcüstanın Azərbaycandakı Səfirliyinin məlumatına əsasən 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınmış nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunmuş, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb.

Bununla əlaqədar 1 mart 2018-ci il tarixdən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır.

Gürcüstanın qanunvericiliyinə əsasən cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin 100 Laridən 200 Lariyədək məbləğdə cərimə olunması nəzərdə tutulduğundan DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti