Azərbaycan Xalça Muzeyində "Bakı xalçaları. Yeni çeşnilər" layihəsinin və "Xətayi" xalçasının təqdimatı olub (FOTO)

Azərbaycan Xalça Muzeyində "Bakı xalçaları. Yeni çeşnilər" layihəsinin və "Xətayi" xalçasının təqdimatı olub (FOTO)

Bakı.Trend:

Aprelin 4-də Azərbaycan Xalça Muzeyində yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə reallaşıb. Həmçinin sərgi çərçivəsində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının və Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən Qarabağın XVII əsrə aid “Xətayi” xalçasının təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, bu layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilib. Ölkəmizdə xalçaçılığın tarixindən danışan muzeyin direktoru hazırda bu sənətin daha da inkişaf etdirilməsindən söz açıb. Mütəmadi olaraq dövlət tərəfindən xalçaçılığa böyük diqqətin olduğunu bildirən Ş.Məlikova söyləyib ki, bu gün Azərbaycan xalçaları dünyanın hər yerində tanınır. O, Xalça Muzeyinin ekspozisiyasına yeni tarixi xalçaların təqdim edilməsində göstərilən dəstəyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəni həyatında əldə olunan uğurlardan danışıb. Belə layihələrin təqdimatının qeyd edilən uğurların sırasında olduğuna diqqət çəkən nazir deyib: “Bu gün çox əlamətdar hadisənin şahidiyik. Azərbaycan xalçaçılıq sənətinin tarixi qədim olduğu kimi çeşidləri də fərqlidir. Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın həyata keçirdiyi “Bakı xalçaları. Yeni çeşnilər” layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanıb. Bildiyiniz kimi, Zirə Mədəniyyət Mərkəzi – Eko-Park 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə Zirə Xalça Muzeyi, Xalça Tədrisi Mərkəzi və Xalçaçılıq Müəssisəsi də daxildir. Azərbaycan xalçaları bizim tariximizdə böyük rol oynayır. 2016-cı ildən fəaliyyət göstərən Zirə Xalçaçılıq Müəssisəsində Azərbaycanın Bakı qrupu xalçaçılıq ənənələrinə uyğun klassik və müasir çeşnili xalçaların toxunması uğurla həyata keçirilir. Xalça bizim yaşayış tərzimizin bir parçasıdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə mədəniyyətimizin bütün sahələrində çox uğurlu layihələrin şahidiyik. Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağın XVII əsrə aid “Xətayi” xalçasının ölkəmizə qaytarılması və muzeyə verilməsi buna bariz nümunədir. Fond öz imkanları hesabına dünyanın bir sıra muzeylərindən bizə məxsus olan xalçaları ölkəmizə qaytarmaq üçün işlər görür və buna nail olur. Mədəniyyətimiz bu gün ölkə hüdudlarını aşaraq müxtəlif ölkələrdə təqdim edilir. Ölkəmizə çoxsaylı turistlər gəlir. Turistlərin tanış olduğu məkanlardan biri də Xalça Muzeyidir. Fürsətdən istifadə edib bu layihənin təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdən ölkəmizə gətirilən XVII əsrə aid Qarabağın tanınmış “Xətayi” xalçası Azərbaycan Xalça Muzeyinə təqdim olunub. “Xətayi” xalçası Azərbaycan xalçaları arasında özünəməxsus yer tutur. Çünki bu xalçalar vaxtilə Qarabağda toxunar və İpək Yolu vasitəsilə xarici ölkələrə daşınardı. Təəssüf ki, hazırda ölkəmizdə belə xalçalardan qalmayıb. Bu baxımdan “Xətayi” xalçasının Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana qaytarılması mədəniyyətimiz üçün böyük töhfədir.

Sərgi çərçivəsində "Bakı Xalçaları. Yeni çeşnilər" adlı kitabın təqdimatı da olub. Kitabda Bakı kəndlərində tətbiqi sənətin tarixi, klassik sənətkarlıq ənənələri, yeni yaradılan çeşnilər, Bakı xalçaçılıq qrupu haqqında məlumatlar əksini tapıb. Kitab ölkənin görkəmli xalça mütəxəssisləri və sənətşünaslarının iştirakı ilə tərtib edilib. Burada Azərbaycanın xalçaçılıq sənəti, klassik Bakı xalçaları, xüsusilə yeni yaradılmış xalça çeşniləri haqqında geniş məlumat verilir.

Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də iştirak edib.

Aprelin 15-dək davam edəcək sərgi qonaqlarda zəngin təəssürat yaradıb.

Qeyd edək ki, bu xalça Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən ikinci hədiyyədir. Belə ki, 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə gətirilən XVIII əsrə aid qədim Şirvan tikmə nümunəsi də Xalça Muzeyinə hədiyyə edilmişdi.

Atəşkəs 23 dəfə pozulub
Atəşkəs 23 dəfə pozulub
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur - Çingiz Əsgərov
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur - Çingiz Əsgərov
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
Loading Bars
Xəbər lenti
Azərbaycanda bal istehsalı artıb
"YouTube"da "We Are One" beynəlxalq film festivalına start verilir
Qlazqoda keçiriləcək Beynəlxalq İqlim Konfransı 2021-ci ilin noyabrına qədər təxirə salındı
Braziliyada sutka ərzində 1 156 nəfər koronavirusun qurbanı olub
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Xorvatiya AI-nin 10 ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri qaldırdı
ABŞ-ın Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub
Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək
Əlcəzair özünü təcridetmə rejimini iyunun 13-ə qədər uzatdı
Moskvada son sutka koronavirusdan 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinə Ramil Səfərovla bağlı cavab verib
Qazaxda 76 mm-lik top mərmisi aşkar olunub (FOTO)
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub
Şirvanda köməkçi tikili yanıb
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 576 nəfər sağalıb
Futbol üzrə İtaliya çempionatı 20 iyunda bərpa olunacaq
Prezident İlham Əliyev: Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı
Prezident İlham Əliyev: Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Prezident İlham Əliyev: Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik
Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti
Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik
Azərbaycan Prezidenti: Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır
Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir
TASS Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirib (VİDEO)
MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi
Brüsseldə AXC-nin yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Salome Zurabişvili Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Avropa Gimnastikası Respublika Günü ilə bağlı paylaşım edib (VİDEO)
Aydın Hüseynov: “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb
Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi
ASRP Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb
İran XİN Azərbaycan xalqını təbrik edib
Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib (FOTO)
Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO)
Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb
Pakistanın Baş Naziri Prezident İlham Əliyevə təşəkkür edib
Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
Bolqarıstan mətbuatı Azərbaycanın 28 May - Respublika Günü barəsində yazır (FOTO)
İranda daha 2 258 nәfәr koronavirusa yoluxub
Tədqiqatçı: Ermənistanın işğalçılıq planının qarşısının alınması üçün aparılan müharibə AXC üçün ən ciddi sınaq idi
Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı
Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib
İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib (FOTO)
Maska taxmaq bu şəxslər üçün təhlükəli ola bilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Həftə sonu güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir (VİDEO)
İnsandan koronavirusa yoluxma riskinin yüksək olduğu vəhşi heyvanlar müəyyən edilib
Tamam Cəfərova videokonfrans formatında seçicilərlə görüşüb (FOTO)
Sabah 37 dərəcə isti olacaq
İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası onlayn iclas keçirib
Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO
İt döyüşlərini təşkil edənlər saxlanıldı
İndoneziya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Lökbatanda mağaza yanıb
Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb
Avropada çimərliklər məhdudiyyətlərlə açılıb
Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
Azərbaycan nefti ucuzlaşıb
Şəmkirdə avtomobil qaçıran şəxs saxlanıldı (FOTO/VİDEO)
Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi (FOTO)
Zaur Əliyev: Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxana ayrılıb
Ağdaş və Göyçayda narkotik bitkilər becərən şəxslər saxlanıldı (FOTO)
Qubada avtomobildə baş verən yanğın polislər tərəfindən söndürüldü (FOTO/VİDEO)
Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib (FOTO) (YENİLƏNİB)
Elm Tarixi İnstitutu: Coğrafi məfhum kimi tanınan Azərbaycan sözü 1918-ci il mayın 28-də müstəqil dövlətin adına çevrildi
Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu
Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri
Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib
Bakı Limanı 28 May - Respublika Günü ilə əlaqədar olaraq maraqlı aksiya həyata keçirib (FOTO/VİDEO)
Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı
Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi (FOTO)
PAŞA Sığorta şirkəti vətəndaşlara müraciət etdi
ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib (FOTO)
ABŞ dövlət katibi Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib
Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTO/VİDEO)
"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 3 mindən çox gənci öz ətrafına toplayıb (FOTO)
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 594 nəfərə çatıb
Atəşkəs 23 dəfə pozulub
Alim: 1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi
Azərbaycan sığortaçılarının fəaliyyətində yeni rəqəmsal həllər
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə təbrik edib
Sabirabadda birmərtəbəli ev yanıb
Bütün xəbərlər