...

Orta məktəblərdə yeni fənnin tədrisi ilə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 5 Aprel 2018 17:25 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə yeni bir fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Orta məktəblərdə yeni fənnin tədrisi ilə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb:

"Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə fənn ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər".

Nazirlikdən qeyd edilib ki, fənnin 8-ci sinifdə tədris ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin Milli Təhsil Nazirliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası gələn ildən orta məktəblərdə könüllülük əsasında ortaq türk tarixinin tədris ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti